Əsas məzmuna keç
PriceTap

PriceTap krowleri haqqında

PriceTap Azərbaycandakı onlayn mağazaların açıq qiymətlərini toplayır və müqayisə edir. Bu səhifə krowlerimizin nə etdiyini açıq izah edir.

Krowler özünü necə təqdim edir

PriceTapBot/1.0 (+https://pricetap.az/bot)

Jurnalınızda bu sətri görürsünüzsə, bu bizik. Başqa ad və ya brauzer maskası işlətmirik.

Əməl etdiyimiz qaydalar

  • robots.txt qaydalarınıza və Crawl-delay dəyərinizə tam əməl edirik. Fasilə elan etmisinizsə, eyni anda bir kanaldan çox sorğu göndərmirik.
  • Defolt yüklənmə saniyədə 0,5 sorğudan çox deyil.
  • Yalnız ictimai məlumat oxuyuruq: məhsul adı, qiymət, stok, URL, SKU. Təsvir mətnlərinizi kopyalamırıq, şəkillərinizi hotlink etmirik.
  • Brauzer kimi maskalanmırıq.
  • Bot qorumasını keçməyə cəhd etmirik. Saytınız qorunursa sadəcə dayanırıq və sizinlə əlaqə saxlayırıq.

Siyahıdan çıxmaq

Məhsullarınızın PriceTap-da görünməsini istəmirsinizsə, bir cümlə yazmağınız kifayətdir — 48 saat içində çıxarırıq və mübahisə etmirik.

[email protected]

Özünüz bloklamaq istəyirsinizsə

robots.txt faylınıza bu iki sətri əlavə etməyiniz bəsdir:

User-agent: PriceTapBot
Disallow: /