Əsas məzmuna keç
PriceTap

Məxfilik siyasəti

Qısa cavab: müqayisə saytının ziyarətçisini tanımağa ehtiyacı yoxdur, ona görə tanımırıq. Saxlanılmayan məlumat sızdırıla bilmir.

Şəxsi məlumat toplanmır

Qeydiyyatsız istifadəçidən ad, telefon, ünvan soruşulmur və saxlanılmır. Saytı gəzmək, qiymətlərə baxmaq və mağazaya keçmək üçün hesab lazım deyil.

IP ünvanı xam saxlanılmır

IP ünvanı gündəlik dəyişən duzla heşlənir (sha256) və yalnız heş saxlanılır. Duz gün dəyişəndə dəyişdiyi üçün dünənin heşi bugünkü ilə müqayisə oluna bilmir — uzunmüddətli izləmə texniki olaraq mümkün deyil. Brauzer sətri (User-Agent) da eyni şəkildə heşlənir.

Kuki

Bir first-party kuki işlədilir: «pv», 1 il. İçində yalnız anonim identifikator var. Məqsədi iki şeydir: təkrar klikləri mağazaya iki dəfə hesablamamaq və «yeni/qayıdan ziyarətçi» statistikası.

Kukini bloklasanız sayt tam işləyir; həmin klik sadəcə «ölçülmür» qrupuna düşür. Uydurma rəqəm yazılmır.

Mağazaya keçid qeydində nə saxlanılır

Keçid anında yazılır: hansı mağaza, məhsul və təklif; klik anındaki qiymət və sıradaki mövqe; cihaz növü; istiqamətləndirən saytın yalnız domeni; heşlənmiş IP və brauzer sətri; ölkə. Tam ünvan, axtarış sorğunuz və şəxsi məlumat bu qeyddə yoxdur.

E-poçt və bildiriş

Qiymət bildirişi üçün verdiyiniz e-poçt yalnız həmin bildiriş üçün işlədilir; hər məktubda bir kliklə abunəlikdən çıxma linki olur. Brauzer bildirişinə icazə verərsinizsə, abunəlik sənədi də yalnız həmin bildiriş üçün saxlanılır. Bu məlumatları üçüncü tərəfə vermirik və satmırıq.

Üçüncü tərəf analitikası yoxdur

Google Analytics və bənzər kənar skriptlər işlədilmir. Ölçmə öz serverimizdədir, yəni gəzdiyiniz səhifələr kənar şirkətə ötürülmür. Reklam şəbəkəsinin izləmə pikseli saytda yoxdur.

Mağazanın öz pikseli

Mağaza istəsə öz saytına bizim ölçmə pikselini quraşdıra bilər. O piksel yalnız hadisə növünü (səhifə baxışı, səbət, sifariş), anonim sessiya açarını, müddəti, səhifə sayını və sifariş dəyərini göndərir. Ad, e-poçt, telefon və ödəniş məlumatı ötürülmür; hesabat yalnız həmin mağazaya göstərilir.

Müraciət

Hansı məlumatın sizə aid olduğunu soruşmaq və ya silinməsini istəmək üçün yazın. Qeyd: identifikator anonim olduğu üçün müraciətinizi konkret ziyarətçiyə bağlamaq həmişə mümkün olmur — bu, qəsdən belədir.

[email protected]